Kəsmik bir qida məhsulu kimi uşaqlarla yanaşı yaşlılar üçün də lazımlıdır.
Kəsmik – insan orqanizmi üçün faydalı qidalardan biri olan, qatılaşmış süd məhsuludur. Qaraciyər xəstəlikləri, ateroskleroz və hipertoniya müalicəsi zamanı olan pəhriz siyahısına daxildir. Kəsmiyin tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium və s. vardır. Yağlılığına görə kəsmik yağlı (ən azı 18%), yarım yağlı (9%), yağsızlaşdırılmış (0,6%) növlərə bölünür.

