Yaxşı qidalanmış camış südünün 35%-ini qaymaq təşkil edir.

Qaymaq südün üstünə yığılan yağlı hissəsidir. Süd zavodlarında qaymaq əldə etmək üçün sentrafuqadan istifadə edilir. Təbii südü bişirdikdən yarım saat sonra onun üst hissəsində nazik təbəqə əmələ gəlir. Təbii yolla ev şəraitində qaymaq əldə eləmək üçün bişirilmiş südün ən azı 10-12 saat soyuq yerdə saxlanmılması lazımdır. Mütəxəssislər qaymaq əldə etmək üçün üstündə ən azı 1 sm qalınlığında qatı təbəqə əmələ gələnə qədər südü sakit vəziyyətdə saxlamağı məsləhət bilir.