Xama çox qidalandırıcı, dadlı və faydalı məhsuldur.

Xama süd turşusu məhsuludur. Xama qaymağın alt qatında yığılıb qalan süd təbəqəsindən əldə edilir. Xamanın qidalılıq və bioloji dəyəri çox yüksəkdir. Digər yağlı süd məhsullarından fərqli olaraq 10 %-li xama dietik qida hesab edilə bilir.  Adətən xamanın tərkibi 30% yağ, 2-3% zülal və 35% karbohidratlardan təşkil edilmişdir. Əsil xama qoxusuz, ağ və ya açıq sarı rəngli, qatı və eyni tərkibə malik olur. Əla növ xama çox qatı olur.